Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Publik Hüquqi Şəxsin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı vəzifəsindən ayrılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə o, öz sosial şəbəkə hesabında paylaşım edib.
Qeyd edək ki, Anar Cəbrayıllı bundan öncə "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri olub.