Meymunçiçəyi virusu Afrikada sürətlə yayıldıqdan sonra qlobal problemə çevrilib. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) epidemiya ilə əlaqədar qlobal fövqəladə vəziyyət elan edib.
Teleqraf.com xəbər verir ki, virus çox yaxın təmas yolu ilə keçir.
Yoluxmanın tənəffüs yolu ilə də mümkün sayan Kaan Yılancıoğlu deyib: “Koronadan fərqli olaraq bu virusun yayılması daha çətin, idarə olunması daha asandır. Yoluxmuş şəxsin yanında danışmaq və ya nəfəs almaqla xəstəliyə tutulma halları var. Virus açıq yaralar vasitəsilə də keçə bilər".
Meymunçiçəyi səbəbiylə ciddi karantin rejiminin gözlənilmədiyini, ancaq maska taxmaq kimi bəzi məhdudiyyətlərin ola biləcəyini ifadə edən Yılancıoğlu vurğulayıb ki, xəstəliyin böyük pandemiya yaradacağı ehtimalı azdır.
Yılancıoğlu ən çox risk altında olanları belə sıralayıb: “Yeni doğulmuş körpələr, uşaqlar, hamilə qadınlar və immun çatışmazlığı olan insanlar və immuniteti aşağı yaşlılar daha tez yoluxa, düzgün və ciddi müayinə edilməsə, ölüm halları da ola bilər”.