Mingəçevir şəhərində yeddi metrlik dərədə köməksiz qalan şəxs xilas edilib.
Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Mingəçevir şəhəri, Tərəvəzçilik sovxozu yaşayış massivinin ərazisində bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub:
"Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1964-cü il təvəllüdlü Kərimov Raqif Nofəl oğlu dərinliyi təxminən 7 metr olan dərədə köməksiz vəziyyətdə qalıb.
Yanğınsöndürən-xilasedicilər xüsusi ləvazimatların köməyi ilə vətəndaşı dərədən çıxararaq xilas ediblər".