1 Sentyabr 14:24
311
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı indiyədək Mərkəzi Seçki Komissiyasına (MSK) qayda pozuntularına dair məlumat daxil olmayıb.

Teleqraf.com xəbər verir ki, bunu MSK-nın üzvü Ramiz İbrahimov MSK-nın Seçkilər İnformasiya Mərkəzində jurnalistlərə bildirib.

Onun sözlərinə, növbədənkənar parlament seçkilərinə böyük maraq var: "Seçkiləri 112 mindən çox yerli, 598 xarici müşahidəçi izləyir. İndiyədək MSK-nın qaynar xəttinə yalnız sorğu xarakterli müraciətlər daxil olub".

Qeyd edək ki, parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır. Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir. Ölkə üzrə səsvermə 125 seçki dairəsinin ərazisində formalaşdırılmış 6 min 478 seçki məntəqəsində keçirilir. Onlardan 54-ü işğaldan azad edilmiş ərazilərdə formalaşdırılıb.

Seçki məntəqələri saat 8:00-da açılıb. Səsvermə 19:00-a qədər davam edəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər