Sentyabrın 2-si saat 14:30-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi şərq küləyi bəzi rayonlarda arabir güclənib.
Bu barədə Teleqraf.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, sarı xəbərdarlığa uyğun olaraq küləyin maksimal sürəti Şabran, Xaçmazda 20 m/s, Naftalan, Altıağacda 18 m/s, Qubada 17 m/s-dək güclənib.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 33, Naxçıvan MR-da 34, Aran rayonlarında 33, dağlıq rayonlarda 24 dərəcəyədək isti qeydə alınıb.