20 Sentyabr 11:04
283
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadiyyat naziri, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının sədri Mikayıl Cabbarov neftçiləri peşə bayramı münasibəti ilə təbrik edib.

Teleqraf.com verir ki, bu barədə nazir özünün "X" hesabında paylaşım edib.

M. Cabbarov neftçilərə bu əhəmiyyətli töhfələr üçün təşəkkür edib, möhkəm cansağlığı və uğurlar arzulayıb.

"Əziz neftçilər, peşə bayramınızı təbrik edirik. Azərbaycan iqtisadiyyatının inkişafında mühüm rolu olan neft strategiyasının həyata keçirilməsində hər birinizin fədakar əməyi və zəhməti əvəzedilməzdir", - deyə nazir qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər