25 Sentyabr 22:54
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sahil qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Teleqraf.com xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.

Qaradağ rayonundakı “Sahil QTM”-də aparılacaq təmir-bərpa işləri ilə əlaqədar 26.09.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Qaz təchizatı dayandırılan müddətdə Qaradağ rayonu, Sahil qəsəbəsindəki istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər