1 Oktyabr 10:36
249
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda son illərdə yağıntıların azalması məhsuldarlığa və məhsul yığıma təsir göstərib.

Teleqraf.com xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev "Bakı İqlim Fəaliyyəti Həftəsi"ndə bildirib.

Onun sözlərinə görə, kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının mühüm hissəsidir və ölkənin işçi qüvvəsinin üçdə birindən çoxu bu sahədə çalışır:

"Amma Azərbaycanda son illərdə yağıntılar orta hesabla demək olar ki, 10 % azalıb. Bu, məhsuldarlığa və məhsul yığımına təsir göstərib. Bunda başqa, unikal ekosistemi olan Xəzər dənizi quruyur. Xəzərdə su səviyyəsinin azalması dəniz və sahil ekosistemlərinə, həmçinin biomüxtəlifliyə və sahil infrastrukturuna ciddi təsir göstərib".

O əlavə edib ki, bu istiqamətdə tədbirlər görülməsə, bu dağıdıcı nəticələr bütün dünyada normaya çevriləcək:

"İqlim dəyişikliyi nəticəsində genişmiqyaslı quraqlıqların 100 dəfə daha tez-tez baş verməsinə səbəb olacağı təxmin edilir. Qlobal temperaturun 2 dərəcə yüksəlməsinin daha 200 milyon insanın aclığına səbəb olacağı proqnozlaşdırılır. Bununla bütün ölkələrdə su və kənd təsərrüfatı sistemlərinə təzyiq artacaq".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər