Dünyada koronavirusun XEC adı verilən yeni növü yayılır. Variant ilk dəfə bu ilin iyununda Almaniyada aşkar edilib və o vaxtdan Böyük Britaniya, ABŞ, Danimarka və bir sıra digər ölkələrdə qeydə alınıb. Xezerxeber.az-ın məlumatına görə,
Alimlər bu variantın yaxın gələcəkdə koronavirusun əsas növünə çevrilə biləcəyini iddia edirlər. Artıq qonşu Rusiyada da bu virusa yoluxma aşkarlanıb.
COVID-in yeni variantı xəstələrdə yüksək hərarət, bədən ağrıları, yorğunluq, öskürək və ya boğaz ağrısı ilə müşahidə olunur. Həkim infeksionist Vasif Əliyevin sözlərinə görə, şübhələr varsa, bu növün aşkarlanması üçün COVID-də olduğu kimi PCR testdən istiafədə edilir. Yeni növün müalicəsi COVID-ə qarşı aparılan müalicələrlə eynidir.
Mütəxəssislər bildiriblər ki, COVID-19-a qarşı istehsal edilmiş vaksinlər XEC-lə mübarizədə də effektivdir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.