10 Oktyabr 10:17
675
12 Punto 14 Punto 16 Punto 18 Punto

"COP29 Prezidentliyi bu gün iştirakçıları qəbul etməkdən çox məmnundur. Biz COP29-u ədalətli həyata keçirmək niyyətindəyik”.

Teleqraf.com xəbər verir ki, bunu Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransında (Pre-Cop29) COP29-un müəyyən edilmiş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib:

“COP28-dən sonra 6 ay ərzində kəskin hava şəraiti ciddi zərər gətirib, fəaliyyətsizlik müşahidə olunub. Biz düşünürük ki, COP29 çərçivəsində fəaliyyəti sürətləndirəcəyik, iddiaları genişləndirəcəyik. Aldığımız müsbət ismarıcları yüksək qiymətləndiririk".

Muxtar Babayev qeyd edib ki, Paris sazişinin 6-cı maddəsi üzrə işləri tamamlamaq istəyirlər: “Bu, karbon bazarlarının yaradılması ilə əlaqədar ciddi nailiyyət ortaya qoyacaq və iddiaları gücləndirəcək. İqlim dəyişikliyi ilə bağlı fəaliyyətimizi gücləndirməli, itkilərin və zərərin qarşılanması fonduna maliyyə toplamalıyıq. Müxtəlif ölkələrin müxtəlif çağırışlarını nəzərə almalıyıq. Biz Azərbaycanın növbəti töhfələr sənədi üzərində işləyirik".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər