14 Oktyabr 22:06
1 821
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyrəklər bədəndə filtr rolunu oynayır. Sağlam böyrəklər su, duz və əsas minerallar arasında zərif tarazlığı qorumaqla qan təzyiqini tənzimləməyə və bir sıra xroniki xəstəliklərin qarşısını almağa kömək edir.

Teleqraf.com xəbər verir ki, bədənin ən vacib orqanlarından biri olan böyrəklərin sağlamlığını qorumaq üçün bəzi gündəlik vərdişlərə diqqət yetirmək lazımdır. Çünki böyrəklərin fəaliyyəti azaldıqca daha ciddi problemlərlə üzləşə bilərsiniz.

Vücudumuzun ən yaxşı qidaları almasını və bizim üçün pis olan toksinləri aradan qaldırılmasını böyrəklər təmin edir. Ancaq böyrəklər səmərəli işləməyi dayandırdıqda, diabet və ürək xəstəliyi kimi xəstəliklərin inkişaf riski ola bilər. Pis həyat tərzi vərdişləri böyrəklərin sağlamlığını poza bilər və bu, həddindən artıq sidiyə getmə, yorğunluq, şişkinlik və qaşınma kimi simptomlarda özünü göstərə bilər. Böyrəklərin daha yaxşı işləməsi üçün natrium və kalium az, lifi isə yüksək olan qidalar istehlak edilməlidir. Böyrəklərinizin sağlamlığını qorumaq üçün su çox vacibdir. Su içməkdən çəkinsəniz, böyrəkləriniz tullantıları qandan süzə bilməyəcək. Lazımi su içilmədiyi zaman böyrəyinizdə effektiv işləmək üçün kifayət qədər maye olmur. Bu böyrək daşlarının inkişaf riskini artırır. Çox vaxt insanlar böyrək xəstəliyinin ilkin əlamətlərinə məhəl qoymur və sonradan peşman olurlar. Müayinəyə getməyi gecikdirirlər və ya böyrəklərinin sağlamlığını qorumaq üçün heç bir tədbir görmürlər. Bu, böyrəklərə ciddi ziyan vurur. Böyrəkləri məhv edən əsas vərdişlər az su içmək, tütün məhsullarından, duzdan və həmçinin şəkərdən çox istifadədir.


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər