17 Oktyabr 14:01
204
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Elektron resept qısa müddətdə bütün ölkəni əhatə edəcək”

Bu sözləri TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun Təcili və Təxirəsalınmaz tibbi yardım xidmətinin təkmilləşdirilməsi və optimallaşdırılmasına dair brifinqdə Teleqraf.com-un sualına cavab olaraq deyib.

O bildirib ki, artıq bir çox xəstəxanalada elektron reseptin tətbiqinə başlanılıb:

“Səhiyyə Nazirliyinin bununla bağlı müvafiq işləri davam edir. Bizim də bu istiqamətdə Səhiyyə Nazirliyi ilə işlərimiz davam edir. Prosesdə ləngimələrin olması texniki məsələlərlə bağlıdır. Yəqin ki, elektron resept qısa müddətdə bütün ölkəni əhatə edəcək”.


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər