28 Oktyabr 17:22
1 493
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyana xidmət etmək üçün niyə dövlət büdcəsindən 134 min dollara yaxın pul silinir, bahalı, yüksək səviyyəli “Lexus LX” avtomobili alınır?

Teleqraf.com xəbər verir ki, bu barədə jurnalistlər ölkənin maliyyə naziri Vahe Ovannisyana sual ünvanlayıblar.

Həmçinin jurnalistlər qeyd ediblər ki, Paşinyanın xanımının mühafizəsi üçün ayrılmış cangüdənlərə də xeyli pul xərclənir.

Ovannistan suala belə cavab verib ki, məsələ ilə bağlı Dövlət Təhlükəsizlik Xidmətinə müraciət etmək olar.

“Siyasəti həyata keçirən qurumlar nəyin prioritet olduğuna özləri qərar verirlər. Hansı səviyyədə xərclərin məqbul, hansının olmadığını deyə bilmərəm”, - nazir bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər