2 Mart 2015 08:14
778
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kopenhagendə Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar mitinq keçirilib.Danimarka Vətən Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən mitinq Kopenhagenin mərkəzi meydanı olan “Radhus Pladsda” baş tutub.

Teleqraf.com-un məlumatına görə, mitinqdə bu ölkədə yaşan azərbaycanlı, türk, türkmən, uyğur və çeçen diasporlarının fəalları, Skandinaviyada fəaliyyət göstərən müxtəlif cəmiyyətlərin nümayəndələri və habelə Türkiyənin Danimarkadakı səfiri Məhmət Dönməz iştirak ediblər. Tədbirdə çıxış edənlər Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq və soyqırımı siyasətindən danışıblar.

Çıxışçılar bu siyasətin iç üzünü göstərən Xocalı soyqırımına dünya ictimaiyyəti tərəfindən lazımi qiymətin verilməsini tələb ediblər. Sonra tədbirdə 1992-ci ildə baş verən hadisələrlə bağlı, dat və ingilis dillərində bəyanat səsləndirilib. Eyni zamanda, Kopenhagen şəhər sakinlərinə Xocalı soyqırımı barəsində məlumat bükletləri və vərəqələr paylanılıb.Daha sonra Kopenhagendə fəaliyyət göstərən Azərbaycan Evində görüş keçirilib. Əvvəlcə Azərbaycanın Dövlət himni səsləndirilib.

Sonra Xocalı şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib. Vətən Cəmiyyətinin sədri Səfər Sadiqi Ermənistan-Azərbaycan münaqişəsinin tarixindən, yaranma səbəblərindən, eyni zamanda, Cənubi Qafqazda Azərbaycan torpaqlarında ermənilərin yürütdüyü siyasət nəticəsində yüz minlərlə soydaşımızın tarixi torpaqlarından qovulmasından söz açıb.

Səfər Sadiqi vurğulayıb ki, ermənilər tərəfindən kənar qüvvələrin köməyi ilə törədilmiş Xocalı faciəsi dünya tarixində ən qanlı hadisələrdən biridir. Daha sonra Türkiyənin İsveçdəki səfiri Məhmət Dönməz Xocalı soyqırımını pisləyən bəyanatla çıxış edib. Mərasimdə Xocalı soyqırımının dəhşətlərini əks etdirən sənədli filmlər, müxtəlif videolar nümayiş etdirilib.


Müəllif:

Oxşar xəbərlər