4 Mart 2015 01:50
655
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) “Azərbaycanda ailə və gender məsələləri: mövcud vəziyyət və problemlər” mövzusunda IV respublika konfransi keçirilib.

AƏSMA-dan Teleqraf.com-a bildirilib ki, tədbirdə Azərbaycanda gender və ailə məsələlərinin bugünkü durumunu müzakirə etmək, problemlərin həlli yollarını aramaq və təkliflər irəli sürmək üçün alimlər, tədqiqatçılar və mütəxəssislər bir araya gəlib.Konfransı akademiyasının prorektoru, iqtisadiyyat üzrə fəlsəfə doktoru Mobil Məcidov açaraq tədbirin əhəmiyyətindən və ölkəmizdə bu istiqamətdə həyata keçirilən işlərdən və mövcud problemlərdən söz açıb.

Sonra ailə münasibətlərini əks etdirən film nümayiş etdirilib. Plenar iclasda “Müasir dövrdə ailə institutu”, “Qadın alveri insan alveri kontekstində”, “Azərbaycanda ailə hüququnun inkişafında yeni institut: ailədə və məişətdə zorakılığın qarşısının alınması”, “Müasir ailədə mənəvi tərbiyənin rolu”, “Azərbaycanda gender bərabərliyi və gender pariteti məsələsi”, “Vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin ailə-gender münasibətləri sisteminə təsiri” və digər mövzusunda məruzələr dinlənilib. Məruzələr ətrafında fikir mübadiləsi aparılıb, yeni fikirlər səsləndirilib və təkliflər paketi hazırlanıb. Sonda mövzuya uyğun çap edilmiş yeni kitabların təqdimatı keçirilib.


Müəllif:

Oxşar xəbərlər