Ağ Evdə Novruz bayramı münasibəti ilə tədbir keçirilib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, tədbirdə ABŞ prezidenti Barak Obama və xanımı Mişel Obama iştirak edib. Mərasimdə çıxış edən Mişel Obama Ağ Evin müxtəlif mədəniyyətləri bir yerə cəmləşdirdiyini deyib: “Ağ Ev ənənə və mədəniyyətlərin müxtəlifliyini əks etdirir. Novruz da bu ənənələrin bir hissəsidir”.
Tədbirdə müxtəlif folklor nümunələri və rəqslər nümayiş etdirilib.
Samir