12 Mart 2015 14:15
672
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi” nin səmərəli tətbiqinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin (TTNDA) təşkilatçılığı ilə martın 12-də nazirliyin Muğan Regional Mərkəzinin inzibati binasında tədbir keçirilib.

Tədbirdə Şirvan şəhəri, Salyan, Hacıqabul, Neftçala, Biləsuvar, Sabirabad, İmişli və Saatlı rayonlarının icra hakimiyyətlərinin nümayəndələri iştirak ediblər.

Seminar-müşavirədə Məcəllənin səmərəli tətbiqinin təmin edilməsi, tikintiyə icazə icraatı, tikinti layihələrinin ekspertizadan keçirilməsi, tikintidə dövlət nəzarətinin həyata keçirilməsi və şəhərsalma-tikinti fəaliyyətində yerli icra hakimiyyəti orqanları ilə qarşılıqlı əlaqələrin formalaşdırılması barədə fikir mübadiləsi aparılıb.

Məcəllənin tətbiqi ilə əlaqədar müvafiq qanunvericilik aktlarının qəbul edilməsi fonunda yerli icra hakimiyyəti orqanları ilə birgə işin səmərəli təşkilinin zəruriliyi vurğulanıb, həmçinin, yerli icra hakimiyyəti orqanlarına tikintidə dövlət nəzarətinin aparılması və tikinti obyektlərinin istismarına icazə qaydalarının tətbiqinə dair izahatlar verilib.

Bundan başqa, tədbirdə tikinti layihələrinin etibarlılıq və təhlükəsizlik baxımından ekspertizadan keçirilməsinin zəruriliyi xüsusi olaraq vurgulanıb, tikintiyə icazə icraatı çərçivəsində layihələrin hazırlanmasına olan tələblər barədə ətraflı məlumat verilib.

Çıxış edənlər TTNDA-da tətbiq olunan informasiya texnologiyaları və iş fəaliyyətinin avtomatlaşdırılması istiqamətində layihələrdən də bəhs etmiş, tikinti layihələrinin ekspertizadan keçirilməsi və tikintidə nəzarətin avtomatlaşdırılmış qaydada aparılması məqsədi ilə mükəmməl proqram təminatlarının işlənildiyi və uğurla tətbiq edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıblar.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər