17 Mart 2015 20:32
539
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) respublikanın bölgələrində yaşayan əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara səyyar protez-ortopedik bərpa xidməti bu günlərdə ölkənin şimal rayonlarında davam etdirilib.

Teleqraf.com-un məlumatına görə, ƏƏSMN-nin Bakı Protez-Ortopedik Bərpa Mərkəzinin əməkdaşlarından ibarət səyyar tibbi-texniki briqada Qusar, Quba, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının əlilliyi olan sakinlərinə səyyar formada protez-ortopedik bərpa xidməti göstərib. Həmin rayonlar üzrə dayaq-hərəkət sistemi pozulmuş və protez-ortopedik bərpa xidmətinə ehtiyacı olan 120 nəfər ehtiyaclarına uyğun olaraq, yuxarı və aşağı ətraf protezləri, ortopedik ayaqqabı, müxtəlif reabilitasiya vasitələri və s. ilə təmin olunublar. Bununla da onların bu xidmətlərdən ötrü xərc və zəhmət çəkərək Bakıya gəlmələrinə artıq ehtiyac qalmayıb.

2013-cü ilin sonlarında ƏƏSMN-nin müvafiq Əmrinə əsasən yaradılmış səyyar tibbi-texniki briqada ötən müddətdə ölkənin müxtəlif rayonları üzrə 1846 nəfər əlilliyi olan şəxsi və sağlamlıq imkanları məhdud uşağı səyyar formada protez-ortopedik bərpa xidməti ilə təmin edib.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər