27 Mart 2015 01:07
873
12 Punto 14 Punto 16 Punto 18 Punto

QOÇ - Bürcünüz üçün əlamətdar təqvimdir. Ələlxüsus da fəaliyyətlə bağlı proseslərdə vəziyyət xeyrinizə dəyişəcək. Atacağınız hər bir addımı daha çox özünüz müəyyənləşdirməyə çalışın.


BUĞA - Təzadlı vaxtdır. Proseslərin inkişafı gah müsbət, gah da mənfi istiqamətdə cərəyan edə bilər. Belə məqamlarda hadisələrə obyektiv qiymət verməlisiniz. Vaxt tapıb ziyarətgahlara da gedin.

ƏKİZLƏR - Bu mürəkkəb təqvimdə büdcənizdə ciddi artım olacağı labüddür. Boş məsrəflərə xərc çəkməkdənsə bir az qənaətcil olun. Yaxın dostlarınıza və qohumlarınıza qarşı unutqan olmayın.

XƏRÇƏNG - Bütün qərarları yalnız özünüz verin. Tam bələd olmadığınız və ya şübhə ilə yanaşdığınız adamların məsləhətlərinə əhəmiyyət verməyin. Ulduzlar varlanacağınızdan xəbər verir.

ŞİR - Olduqca məhsuldar ərəfədir. Məhz bu amili nəzərə alıb qarşınıza qoyduğunuz planların icrasında aktivliyi əldən verməməlisiniz. Axşam maraqlı görüşlərdə iştirakınız mümkündür.

QIZ - Bu gün mütləq əzmkarlığınızı artırmalı, dinclik bilməməlisiniz. Ailə-sevgi məsələlərində təşəbbüskarlığı ələ alın. Bunun nə dərəcədə səmərəli olduğunu yaxın vaxtlarda mütləq görəcəksiniz.

TƏRƏZİ - Neçə müddətdən bəri daxili sıxıntılarınıza səbəb olan bəzi problemlərin həllinə işıq düşəcək. Özünüzdən əvvəl gələn bürclərlə müqayisədə ümumi ovqatınız daha qənaətbəxş olacaq.

ƏQRƏB - Qarşınızda duran sürprizlərdən istifadə edə bilsəniz, uğurlarınız xeyli artacaq. Daxili gərginliyiniz də aradan qalxmalıdır. Hər bir situasiyaya obyektiv qiymət verməyə çalışın.

OXATAN - Səhər saatlarında ovqatınızı qoruya bilsəniz, axşama qədər heç bir narahatçılıq keçirməyəcəksiniz. Ulduzlar dostlarınızla birgə olmağınızın əhəmiyyətindən xəbər verir.

OĞLAQ - Yalnız nahar ərəfəsində müəyyən mübahisələrə cəlb oluna bilərsiniz. Qalan saatlarda iştirakçısı olduğunuz bütün proseslər əhval-ruhiyyənizin yüksəlişinə xidmət edəcək.

SUTÖKƏN - Hazırkı gərginliyinizi dəf etmək üçün ürəyinizə yaxın olan dost-tanışlarınızla təmas qurun. Bu arada bəxtiniz daha çox ailə-sevgi münasibətlərində gətirəcək. Pulsuzluqdan şikayətlənməyin.

BALIQLAR - Daha çox səhhətinizin qayğısına qalın. Bu səbəbdən də işlə bağlı müəyyən passivliyiniz nəzərə çarpacaq. Ciddi məbləğdə pul xərcləməkdən, uzaq yola çıxmaqdan vaz keçin.


Müəllif:

Oxşar xəbərlər