Azərbaycan ərazisində hava şəraiti kəskin pisləşəcək.
Teleqraf.com-un Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosuna istinadən məlumatına görə, havanın temperaturu ötən günlərlə müqayisədə 7-8 dərəcə enəcək.
Bakı və Abşeron yarımadasında hava şəraiti qeyri-sabit keçəcək, arabir yağıntılı olacaq. Rayonlarda da hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir.
Qeyri-sabit hava şəraiti martın 31-i axşamadək davam edəcək.