1 Aprel 2015 15:48
1 124
12 Punto 14 Punto 16 Punto 18 Punto

Saçlarınızın sürətlə uzanmasını istəyirsinizsə, kartof suyundan hazırlanan maskadan istifadə edin.

Saçlar ehtiyacı olduğu vitamin və mineral qəbul etməyəndə uzanma prosesi yavaşlayır, saçlar parlaqlığını itirir, qırılır və uclarına saçqıran düşür. A, B və C vitaminləri xüsusilə saçın uzanması üçün çox əhəmiyyətlidir.

Kartofun tərkibindəki minerallar saçlar üçün çox faydalıdır.

Kartofları yaxşıca yuyub qabığını soyun. Kiçik dilimlərə doğrayıb, blenderdən keçirib püre konsistensiyasına gətirin. Çox qatı olsa, bir az su əlavə edin.

Bir kasanın üzərinə nazik bir tənzif sərin və püreni bu tənzifdən keçirib suyunu çıxarın. Kasada yığılan suyu saçlara çəkin. 20-25 dəqiqə saxlayın və ilıq su ilə yaxalayın. Həftədə 1 dəfə etməyiniz kifayətdir.


Müəllif:

Oxşar xəbərlər