“eManat” ödəmə sisteminin quraşdırılması və servis dəstəyi ilə məşğul olan “Modenis” şirkəti ödənişlərin onlayn rejimdə gerçəkləşməsi üçün vep-platforma hazırlayır.
Yeni ödəniş xidmətindən e-manat.az portalında mümkün olacaq. Hazırda “e-Manat” terminallarında keçərli olan bütün xidmət sahələri bu portalda əks olunacaq. İstifadəçilər kommunal xidmətlər, stasionar və mobil telefonlar, internet, kabel televiziyası və digər xidmət sahələri ilə bağlı ödənişlərini “e-manat.az” saytında həyata keçirə biləcəklər.
Hazırda respublika ərazisində 2061 “e-Manat” terminalı fəaliyyət göstərir. Terminallar ictimai yerlərdə – biznes və ticarət mərkəzləri, vağzal və hava limanlarının gözləmə zalları, eləcə də metrostansiyaların girişində quraşdırılıb.