Qondarma “erməni soyqırımı”nın 100 illiyi ilə əlaqədar ümumerməni ağlaşması ərəfəsində ATƏT şəxsən Serj Sarkisyana və onun bu günədək Tsisernakaberd sirki tamaşasında iştirak etmək istədiyini könülsüz təsdiqləmiş “iki tam onda beş” liderlə görüşə güclü hazırlaşan bütün komandasına yağlı sillə vurub.
Təşkilatın media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç öz bəyanatında (bax: http://www.osce.org/fom/150546) Kipr parlamentinin bu ölkənin qanunverici orqanı tərəfindən təsdiq olunmuş hərbi cinayətlərin inkarının kriminallaşdırılması haqqında qanun qəbul etməsini pisləyib. Bununla əlaqədar bu yaxınlarda Ermənistanda öz miqyasına görə Kim Kardaşyanın tarixi vətəninə gəlməsinə bənzər ümummilli şənlik keçirilib.
ATƏT-in nümayəndəsi qeyd edib ki, hökumət “tolerant və plüralist demokratik cəmiyyəti cəza rejimlərindən fərqləndirən özünü ifadə azadlığının fundamental cəhətlərindən biri kimi həssas və ziddiyyətli xarakterli məsələləri sərbəst müzakirə etmək hüququnu” nəzərə almalıdır.
Beləliklə, ATƏT “erməni soyqırımını” sərbəst müzakirə tələb edən “ziddiyyətli xarakterli” məsələlər kateqoriyasına aid edib və bununla da “erməni soyqırımı”nın guya “danılmaz tarixi fakt” olduğu barədə tezisi darmadağın edib. Təşkilat Holokost və Balkanlarda Bosniya müsəlmanlarının, Ruandada tutsilərin və Üçüncü Reyxdə qaraçıların soyqırımları haqqında heç vaxt belə deməz, çünki göstərilən hallar barəsində soyqırımını fakta çevirən beynəlxalq tribunalların hökmü vardır. Bundan başqa, qeyd etmək lazımdır ki, Kipr parlamenti Holokostun tanınması, bosniyalıların, tutsilərin və qaraçıların soyqırımları haqqında ayrıca qətnamələr qəbul etməyib, amma 1975-ci ildə “erməni soyqırımının” tanınması haqqında qətnamə qəbul edib. ATƏT-in tənqidi də məhz ermənilərlə bağlı hala aiddir.Holokostun inkar edilməsinin tam demokratik Avropa İttifaqının 14 ölkəsində kriminallaşdırıldığı bir halda, uydurma “erməni soyqırımı”nın inkar edilməsinə görə cəzanın Miyatoviç tərəfindən totalitar rejimlərə xas hərəkət adlandırılmasını nəzərə alsaq, belə bir məntiqi nəticə çıxr ki, ATƏT danılmaz Holokost ilə ziddiyyətli “erməni soyqırımı” arasında ciddi sədd qoyur. Miyatoviçin sözlərini sadə dilə çevirsək, elə çıxır ki, mübahisəli və ziddiyyətli məsələlərin inkar edilməsinə qadağa qoyulması totalitar rejimlər üçün səciyyəvidir, amma bu, Holokosta və danılmaz fakt olan, beynəlxalq tribunallar tərəfindən tanınmış digər soyqırımı aktlarına aid deyil.
Sadə dillə desək, “erməni soyqırımı” analoji fakt deyil.ATƏT-in nümayəndəsi həmçinin öz bəyanatında xatırladıb ki, “tarixi debatların kriminallaşdırılması (...) təşkilatın üzvü olan dövlətlərin insanları, icmaları və hökumətləri arasında daha yaxşı anlaşmaya kömək etmir”. Beləliklə, “erməni soyqırımı” məsələsi ATƏT tərəfindən yenə də birmənalı şəkildə ətrafında tarixi debatlar aparıla biləcək mübahisəli məsələlərə aid edilib. Xatırladırıq ki, Holokost və yuxarıda göstərilən soyqırımlar kimi hamı tərəfindən tanınmış faktlar ətrafında debatlar aparmaq çətindir, hələ onu demirik ki, “cəzaya layiqdir”.Lakin ən maraqlısı budur ki, bəyanatın sonunda təşkilat yazır: “Müxtəlif millətlərin və regionların mədəniyyətinə və tarixinə aid müəyyən bəyanatlar üzərində qadağa söz azadlığı üzrə beynəlxalq standartları nitqin və ifadənin tənzimlənməsi üzrə fraqmentləşdirilmiş milli strategiyalara tabe edir”. Beləliklə, ATƏT “erməni soyqırımı”nı tarixi kontekstdən qoparılmış milli izahı adlandırır və bütün dünya birliyinin rəyinin ona tabe edilməsi yolverilməzdir.
Beləliklə, ATƏT “erməni soyqırımı” ətrafında “siçan vurnuxmasını” tarixi hadisələrin mübahisəli, ziddiyyətli, kontekstdən qoparılmış milli nağıl adlandırıb, “tarixi fakt” tərifi ona qətiyyən yaraşmır.Necə deyərlər, “bunu da gördün”, Serj Sarkisyan!