13 Aprel 2015 12:23
827
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin təşkilatçılığı ilə “Həzrəti Peyğəmbər və Onun əxlaqı” adlı konfrans keçirilib. Tədbirdə ilk olaraq, “Qazi Qarabağ” azanı dinlənilib.

Daha sonra ictimai birliyin sədri Sevinc Əzimbəyli mövzu ilə bağlı geniş çıxış edib. O, Məhəmməd peyğəmbəri bütün insanlığa uca Yaradandan ilahi lütf olaraq, göndərildiyini bildirərək, onun insanlıq üçün hər kəsə nümunə olduğunu söyləyib. Birliyin sədri həmçinin ölkəmizdə milli-mənəvi dəyərlərimizin həqiqi təəssübkeşi Azərbaycan dövləti olduğunu xüsusi qeyd edib. S.Əzimbəyli dövlətin bu tolerant siyasətindən riyakarcasına sui-istifadə edən, məzhəblərarası münasibətlərin qızışdırılmasına şərait yaradan radikal dini cərəyanların fəaliyyətindən bəhs edərək, belə ziyanlı qüvvələrin zərərsizləşdirilməsi yolunda hər kəsi, xüsusilə fəal qadınları dövlətə dəstək verməyə çağırıb. Təşkilat rəhbəri son günlər ölkə başçısı İlham Əliyevin ailəsi ilə birlikdə müqəddəs ümrə ziyarətini inanclı ölkə insanları tərəfindən sevinclə qarşılandığını da tədbir iştirakçılarının diqqətinə çatdırıb.

“Yeni Üfüq” İctimai Birliyinin sədr müavini, filologiya üzrə fəlsəfə elmləri doktoru Xanım Qasımova isə Peyğəmbər əxlaqından danışaraq, ölkə gənclərini Peyğəmbər əxlaqından bəhrələnərək, Vətənimizə və dövlətimizə hər zaman sadiq olmağa səsləyib.

Tədbirdə şəhid və qazi ailələri, çoxlu sayda tələbə gənclər iştirak edib. Sonda “Yeni Üfüq” İctimai Birliyi adından xanımlara qızılgüllər hədiyyə edilib.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər