"Allah təala Qurani Kərimdə müsəlman, mömin kişilərə gücləri nisbətində bir, iki, üç və dörd qadınla evlənməyə icazə verib”.
Bu sözləri AMEA M. Füzuli adına əlyazmalar institunun elmi işçisi, ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov deyib. İlhayyatçının sözlərinə görə, Quranda bunu ifadə edən bir çox surələrdə ayələr var. Allah təala Nisa surəsinin 3-cü ayəsində belə buyurur: "...xoşunuza gələn (halal) qadınlardan ikisi, üçü və dördü ilə evlənin” (Nisa surəsi, 3). Buna oxşar başqa ayələr də var. Həmçinin Məhəmməd peyğəmbər də çox qadınlarla evlənib. Məhəmməd peyğəmbərin 11 və ya 12 zövcəsi (həyat yoldaşı) olması haqqında etibarlı və səhih hədislər var. Onun evlənməsi üçün Ona ilham verən, hansı qadınla evlənməsini tövsiyə edən də uca Allah idi. Müxtəlif rəvayətlərə görə, İmam Həsən 60-a yaxın qadınla evlənib. Sonrakı tarixi dövrlərdə elə islam xəlifəsi olub ki, onun hərəmxanası olmuş, saysız hesabsız qadınlara sahib olan insanlar olub. Bütün bunlar əlbəttə İslamda çoxarvadlılığın mövcud olmasını göstərən tarixi faktlardır”.
Əkrəm Həsənov bildirir ki, çox qadınla evlənməyin dinimizdə bir çox faydaları var: "Kişinin gözünün haramlardan uzaq qalmasına səbəb olması, kişinin fikirlərinin bir yerə cəm olunmasına səbəb olması, kişinin namusunun, qeyrətinin qorunması, kişinin işlərini yaxşı yerinə yetirməsi, günahlardan və haramlardan çəkinməsi, nəslinin çoxalması, qohum-əqrəbalarının çox olması kimi müsbət tərəfləri vardır. Bu gün İslam dininin dörd qadınla evlənməsini mənfi hal kimi qiymətləndirənlər məsələnin mahiyyətinə varmayaraq, qeyri-qanuni nigah növlərinin yayılmasına rəvac vermiş olurlar. Çünki, İslama görə dörd qadınla evlənməkdə məqsəd, kişinin haramlardan, zinadan, başqa naməhrəm qadına meyl etməkdən uzaq qalmasıdır. Ancaq İslam bunu tövsiyə edib, qəti olaraq əmr etməyib. Çünki İslama görə yalnız bir qadınının olması kifayət edir. İnsanların günahlardan çəkinməsi üçün islam dörd qadınla evlənməyə icazə verib. Kişilərin dörd qadınla evlənməsinə ancaq gücü nisbətində icazə verilir. Əgər bir şəxsin heç bir qadını dolandırmağa, onu təmin etməyə gücü çatmırsa, onda onun ikinci qadın arzulaması normal və başa düşülən deyil. Çünki, kişinin maddi və bədən gücünə görə ona dörd qadınla evlənəməyə icazə verilir. Bu həm də qadınların hüquqlarının pozulması yox, onların hüquqlarının qorunması deməkdir. Çoxarvadlılıqda əsas məqsədlərdən biri qadının cəmiyyətdə ərsiz və ya arxasız qalmamasıdır”.
İlahiyyatçı əlavə etdi ki, kişi ikinci qadın ilə evlənmədə ixtiyar sahibi olduğu üçün birinci qadın ondan evlənməməyi tələb edə bilməz: "Digər tərəfdən, birinci qadının razılaşmaqdan başqa çıxış yolu da yoxdur. Çünki boşanmaq nə məqsədə uyğundur, nə də məsələnin həllidir. Əgər indi o, birinci xanım sayılırsa, boşanandan sonra ya ərsiz, ya da kiminsə ikinci və ya üçüncü xanımı olacaq. Bu səbəbdən həmin qadın ərinin birinci qadını olmasını boşanmaqdan üstün tutacaq. Əgər qadınların kişilərdən sayca çox olması real faktdırsa və hər bir kişiyə birdən çox qadın düşürsə, nə üçün evlənməyə qadağa qoyulmalıdır? Statistik hesablamalar göstərir ki, üç qadınla evlənən kişilərin sayı mində birə çatır. Dörd qadınla evlənən kişilərin sayı isə beş mində birə çatır. Məgər bu, böyük göstəricidir? Çox arvadlılıq məsələsini problemə çevirmək nə dərəcədə doğrudur?
/Movqe.az/