Ölkələr arasında ədəbi-mədəni əlaqələrin qurulması istiqamətində xidmətlərinə görə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru, yazıçı Afaq Məsud, Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov və Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq şairi Fikrət Qoca TÜRKSOY-un medalı ilə təltif ediliblər.
Tərcümə Mərkəzindən Teleqraf.com-a bildirilib ki, medal 23 aprel – Ümumdünya Kitab və Müəlliflər Hüququ Gününə həsr olunan konfransda verilib.
Konfransda iştirakçılara “Tərcümə Mərkəzinin kitabları” seriyasından nəşr edilən Oljas Süleymenovun “Az-Ya” kitabı hədiyyə edilib.