28 Aprel 2015 11:54
825
12 Punto 14 Punto 16 Punto 18 Punto

Muğam ifaçısı Alim Qasımov "Bakı-2015" Avropa Oyunlarının açılışına hazırlaşır. Bu barədə Teleqraf.com-a xanəndənin özü məlumat verib.

A.Qasımov "Bakı-2015"-in açılışında iştirak edəcəyini bildirib: "Azərbaycanda keçirilən hər bir tədbir təqdir olunmalıdır. Şəxsən mən Azırbaycanda beynəlxalq tədbirlərin keçirilməsini alqışlayıram. Buna başqa cür münasibət ola bilməz. Dünya Azərbaycana etimad göstərir, güvənir ki, belə bir tədbirin Bakıda keçirilməsinə razılıq verib".

A.Qasımov hesab edir ki, "Bakı-2015" təkcə Azərbaycan idmanını deyil, həm də mədəniyyətini dünyaya daha yaxından tanıdacaq: "Əvvəllər biz dünyanı gəzib özümüzü, mədəniyyətimizi tanıdırdıq, indi onlar özləri gəlib tanış olurlar. Bundan gözəl nə ola bilər?"

Ayxan


Müəllif: