“Beynəlxalq elmi bazalarda azərbaycanlı alimlərin elmi nailiyyəti yetərli deyil. Lakin bu istiqamətdə akademiyada işlər aparılır”.
AMEA-nın vitse prezidenti Rasim Əliquliyev hazırda keçirilən akademiyanın ümumi yığıncağında bu fikirləri bildirib.
Akademik deyib ki, “Scopus” elmi araşdırmalar mərkəzinin apardığı monitorinqə Şərqi Avropa ölkələri üzrə 378 elmi müəssisə və təşkilat cəlb edilib. Bu təşkilatın nəticələrinə görə, AMEA 2012-ci ildə 119-cu, 2013-cü ildə 109, 2014-cü ildə 95-ci olub. Bu reytinqdə Ermənistan 143, Gürcüstan 168-ci yeri tutur.
Rasim Əliquliyev akademiyada bütün elm sahələri, həmçinin kompüter elmləri sahəsində Azərbaycan elmi nailiyyətlərinin bir neçə dəfə yüksəldiyini deyib: “Beynəlxalq bazada Azərbaycan elmi nailiyyətlərin yer ayrılması akademiyanın cari məsələrlərindəndir. Beynəlxalq jurnalların monitorinqini aparırıq. Lakin bu sahədə hələ də lazımı yerdə deyilik və bunun da obyektiv və subyektiv səbəbləri var və bu hamımıza bəllidir”.
Vitse-prezident akademiyanın bir sıra elmi agentliklərlə bu vaxta qədər müqavilələrin imzalanmamasına da münasibət bildirib. Onun sözlərinə görə, bu məsələ Rəyasət Heyətinin gündəmindədir: “Bu məsələnin dövlət və ya akademiya tərəfindən aparılması variantları üzərində iş aparılır”.
SEVİL