AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, geologiya-mineralogiya elmləri doktoru, Qurban Yetirmişli Rusiyanın nüfuzlu elmi təşkilatına üzv seçilib.
RSXM-in baş direktoru bu günlərdə Rusiya Təbiət Elmləri Akademiyasının Yer təkinin sistemli tədqiqatlar seksiyasının xarici üzvü seçilib.
Bu barədə qərarı bu günlərdə Bakıya səfər edən Rusiya Təbiət Elmləri Akademiyasının nümayəndəsi açıqlayıb. Qeyd edək ki, AMEA nəzdində RSXM-də keçirilən toplantıda Qurban Yetirmişli Rusiya Təbiət Elmləri Akademiyasının vitse-prezidenti, texnika elmlər doktoru, Yer təkinin sistemli tədqiqatlar seksiyasının sədri, Elmi-sənaye, Neft və Qaz İstehsalı Proseslərinin Tədqiqatları Sistemi İnstitutunun direktoru Əzizağa Şahverdiyev tərəfindən Rusiya Təbiət Elmləri Akademiyasının fəxri diplom və medalı ilə təltif olunub.
NİGAR