QOÇ - Daxili orqanlarınıza diqqəti artırın. Əgər mədənizlə bağlı sancmalarınız varsa, həkimə müraciət edin. Fiziki rahatlığınızı təmin etmək üçün daha çox yataqda uzanmalısınız. Qalan şeylər düzələr.
BUĞA – Gün ərzində hər şey çıxardığınız qərarlardan asılı olacaq. Xüsusən də iş prinsipində kənar mövqeləri mütləq nəzərə almalısınız. Günün ikinci yarısında sənədləşdirmə işlərində yanlışlığa yol verməyin.
ƏKİZLƏR - Ailə üzvlərinizə qarşı qayğıkeş və mərhəmətli olun. Əgər onların arasında xəstə olanı varsa, hamıdan çox siz ürək yandırın. Axşama yaxın büdcənizin artacağı da gözlənilir. Bədxərclik etməyin.
XƏRÇƏNG – Ayın əvvəlindən reallaşdıra bilmədiyiniz planlara görə məyusluq keçirməkdənsə, əzmkarlığınızı artırın ki, boşluqlar aradan qalxsın. Ən azından bu gün mütləq həyatınızda yenilik olmalıdır.
ŞİR - Hiss olunur ki, dünəndən bəri səhhətinizlə bağlı yüngül problem yaranıb. Odur ki, özünüzü qoruyun. İndi sizə qapalı yerdə çox oturmaq olmaz. Yeni işlə bağlı məramlarınızı mümkün qədər təxirə salın.
QIZ - Ailə üzvlərinizlə, eləcə də digər yaxınlarınızla mübahisələriniz gözlənilir. Bu səbəbdən də çılğın olmayın. Hər bir anlaşılmazlığı dözüm və səbrlə yoluna qoyun. Yeməyinizə də fikir verin.
TƏRƏZİ - Yaxşı olar ki, bütün planlarınızı saat 16-ya qədər başa çatdırasınız. Əks təqdirdə sonrakı vaxt düşərli olmayacaq. Ulduzlar deyir ki, içinizdəki şübhələrdən qurtulmayınca, xilasınız çətin olacaq.
ƏQRƏB - Daxili narahatlığınız günün ikinci yarısından etibarən aradan qalxacaq. Amma bu təqvimdə fiziki işləri kifayət qədər azaltmağınız məsləhətdir. Əks təqdirdə səhhətiniz pisləşəcək. Kalorili qidalara üstünlük verin.
OXATAN - Bəri başdan əmin ola bilərsiniz ki, bu gün ulduzlar maddi rifah halınızı yüksəldəcək. Bu istiqamətdə bütün mümkün variantlardan yararlanmalısınız. Uzaq səfərlərə isə çıxmağa tələsməyin.
OĞLAQ - Ətraf mühitin sərtliyinə qarşı acizlik nümayiş etdirməyin. Ən azı ona görə ki, bu hal sizdə bədbinlik yarada bilər. Fəallığınızı artırın. Günün ikinci yarısını bütünlüklə sevgiyə həsr edin.
SUTÖKƏN - Sizə elə gəlməsin ki, ünsiyyətdə olduğunuz adamların hamısından ağıllısınız. Bu təkəbbür sizi gözdən sala bilər. Gün ərzində daha sadə, daha mülayim olun. Əcnəbilərlə işbirliyinə getməyin.
BALIQLAR - Yeni görüşləriniz məqsədlərinizə yaxınlaşmaqda sizə yardımçı olacaq. Qarşı tərəfin ədalətli təkliflərini qəbul etməyə hazır olun. Bu gün yalan danışmaq və ya vəd vermək sizə əziyyət verə bilər.