10 May 2015 15:36
1 980
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Heydər Əliyev Sarayının qarşısındakı parkda və sarayın arxasındakı Şəhər Mərkəzi Parkında Gül bayramı təşkil olunub.

Trend-in məlumatına görə, paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının sevimli istirahət yeri olan Heydər Əliyev Sarayının qarşısındakı park və Şəhər Mərkəzi Parkı bu gün öz görkəmini tam dəyişib, möcüzəli gül bağına çevrilib.

Bakı Şəhər İcra Hakimiyyətinin təşkil etdiyi Gül bayramında çiçəklərdən, yarpaqlardan və bitkilərdən hazırlanan rəngarəng kompozisiyalar görünüşü və ifadəliyi ilə seçilir, gözəlliyin hədsiz imkanlarını nümayiş etdirir, hər kəsdə xoş ovqat yaradır.

Burada rəngbərəng güllərdən hörülən, yazın gəlişinə həsr olunan kompozisiyalar nümayiş etdirilir. Gül bayramında hər yan göz oxşayır, hər tərəf al-əlvan rəngə bürünüb.

Artıq ölkəmizdə ənənə halı alan Gül bayramı dünyanın nadir gözəlliklərini təcəssüm etdirməklə ulu öndər Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi, ümummilli liderin doğum gününün bu cür möhtəşəm formada qeyd olunması ilə yadda qalır.


Müəllif:

Oxşar xəbərlər