12 May 2015 09:59
832
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyada yaşayan həmyerlilərimiz Sarvan Rizvanov (42 km. 195 metr tam marafon) və Aqil Abulov (21 km. yarım marafon) Mainz şəhərində keçirilən 16-cı Qutenberq marafonunda güclərini sınayıblar.

Mainz-Azərbaycan Cəmiyyətindən Teleqraf.com-a verilən məlumata görə, idmançılarımız üzərində “ Odlar Yurdu Azərbaycan” şüarı yazılmış köynəklərdə marafonda iştirak ediblər. Soydaşlarımız finiş xəttinə əllərində Azərbaycan bayraqları ilə daxil olublar.

S.Rizvanov bildirib ki, Vətəndən uzaqlarda gözəl Azərbaycanımızı təbliğ və təmsil etməkdən qürur duyuruq: “Digər həmyerlilərimizi də bu işlərdə fəal olmağa çağırıram”.

Mainz şəhərində keçirilən 16-cü Qutenberq marafonu 2000-ci ildən keçirilir. Bu ilki marafonda 10 min idmançı iştirak edib.

Yarışda birinci yerləri efiopialılar tutub- kişilər arasında Tola Bane Edea, qadınlar arasında isə Tizita Terecha Dida qalib olub.

Qeyd edək ki, adı çəkilən soydaşlarımız ötən ilin noyabr ayında Mainz şəhərində keçirilən seçkilərdə Bələdiyyəsi yanınında fəaliyyət göstərən Yabançılar Məclisinə üzv seçiliblər.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər