Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdül Kərim Bakıda yaşayış binasında baş vermiş yanğınla əlaqədar başsağlığı verib.
Bu barədə səfirlikdən Trend-ə daxil olan məlumatda bildirilir.
Səfir Fələstin xalqının baş vermiş hadisənin acısını Azərbaycan xalqı ilə bölüşdüyünü bildirib.
N.Əbdül Kərim həlak olanlara Allahdan rəhmət, yaralananlara şəfa diləyib.