23 May 2014 15:08
895
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiya mərkəzində peşə hazırlığı kurslarını bitirən bir qrup əlilliyi olan şəxsin buraxılış imtahanı olub.

Teleqraf.com-un məlumatına görə, mərkəzdə kompüter istifadəçisi, dərzi, bərbər, toxuculuq peşələri üzrə təşkil olunan hazırlıq kursunu başa vurmuş şəxslərə imtahan komissiyasının qərarına əsasən müvafiq şəhadətnamələr təqdim edilib.

Kursları bitirənlərdən 3 nəfərin təlim keçdiyi peşə ilə bağlı bacarıqlara tam yiyələnə bilməmələri səbəbindən onların hazırlıq kursunun bir ay uzadılması qərara alınıb.

Son bir ayda mərkəzdə peşə hazırlıq kurslarını bitirmiş 41 nəfər əlilliyi olan şəxsə şəhadətnamələr verilib və onların yiyələndikləri peşələr üzrə qısa müddətdə işlə təmin olunması üçün yaşadıqları ərazi üzrə məşğulluq orqanlarına müraciətlər göndərilib.

Hazırda mərkəzdə 85 nəfər əlilliyi olan şəxs 10 peşə üzrə təlim keçir.

Naibə


Müəllif: