Bakıda daha iki yolda hərəkət qismən məhdudlaşdırılacaq.
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibliyindən Teleqraf.com-a verilən məlumata görə, ASC tərəfindən Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri həyata keçirilir.
Bu gün saat 22:00-dan səhər saatlarınadək Yasamal rayonu, İnşaatçılar prospekti və Landau küçəsində yolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.
Bu səbəbdən göstərilən müddət ərzində sözügedən ərazidə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq. “Azəryolservis” ASC sürücülərdən görülən işlərə anlayışla yanaşmalarını xahiş edir.