QOÇ - Yeni işlərə başlamaq, perspektivli sövdələşmələr aparmaq üçün ideal ərəfədir. Çalışın ki, bu fürsətdən maksimum yararlanasınız. Aldığınız hər bir dəvətə razılıq verin.
BUĞA - O qədər də səmərəli vaxt deyil. Yaxşı olar ki, riskli işlərinizi, xüsusən də işgüzar görüşlərinizi təxirə salasınız. İş günü olsa da, vaxtınızı daha çox istirahətə həsr edin.
ƏKİZLƏR - Bürcünüz üçün ən uğurlu vaxt günün birinci yarısıdır. Göstərdiyimiz ərəfədə ağıllı şəkildə risk etmək sizə uğur gətirə bilər. Gün ərzində şəxsi büdcənizi artırmaq imkanınız da olacaq.
XƏRÇƏNG - Bütün sağlam sahələrdə mövqelərinizi qorumaq və möhkəmləndirmək başlıca vəzifəniz olmalıdı. Amma bütün vacib işlərinizi saat 18-ə qədər yekunlaşdırın ki, sonrakı ərəfənin düşərliliyini hiss edəsiniz.
ŞİR - Bəri başdan nəzərinizə çatdıraq ki, bu təqvimdə əsəblərinizi maksimum qorumalısınız. Ünsiyyətdə olduğunuz hər kəslə mehriban davranın. Yalnız gündəlik işlərinizlə məşğul olun.
QIZ - Əgər səhhətinizdə problem yoxdursa, qorxmağa dəyməz. Ən azı ona görə ki, gün ərzində rastlaşdığınız olaylar fərəh hissinizi artıracaq. Axşam öz evinizdə gecələməyiniz tövsiyə olunur.
TƏRƏZİ - Yaxşı olar ki, bu gün özünüzü çox yormayasınız. Ən azı ona görə ki, əyləncə və gəzintilər üçün ayda-ildə bir dəfə əlinizə fürsət düşəcək. Buna baxmayaraq, uzaq yola çıxmaq məsləhət deyil.
ƏQRƏB - Adi bir təqvim yaşayacaqsınız. Hansısa qeyri-adilik gözləməyə dəyməz. Yalnız nahar ərəfəsində xırda mübahisələriniz mümkündür. Böyüklərin məsləhətini qulaqardına vurmayın.
OXATAN - Planetlərin bürcünüzdəki neqativ düzülüşü ümumi ovqatınızda gərginlik yaratsa da, bu, yalnız saat 15-ə qədər davam edəcək. Sonrakı müddətdə isə maraqlı hadisələrin şahidi olacaqsınız.
OĞLAQ - Yeni əlaqə və tanışlıq üçün səmərəli vaxtdır. Atacağınız addımları dönə-dönə ölçüb-biçin. Yorulmaqdan qorxmayın. Çünki zəhmətinizin bəhrəsini yaxın vaxtlarda görəcəksiniz.
SUTÖKƏN - Əsas vaxtınızı fəaliyyət amilinə həsr edin. Çünki ulduzlar bu təqvimdə daha çox məlum sahədə sizə enerji bəxş edəcək. Saat 18-21 aralığında isə qonaq getmək sizə rahatlıq gətirəcək.
BALIQLAR - Daha çox fəaliyyətlə məşğul olmağınız məsləhət görülür. İndi sizin ən məhsuldar dövrünüz olduğu üçün boş dayanmağa lüzum yoxdur. Doğmalarınızla münasibətlərə obyektiv yanaşın.