2 İyul 2015 00:05
769
12 Punto 14 Punto 16 Punto 18 Punto

QOÇ - Şəxsi işlərinizdə müsbət dönüş baş qaldırmaqdadır. Özünüzü tənzimləməyə çalışın. Müvəffəqiyyət başınızı gicəlləndirməməlidir. Vaxtilə həyatınızda rol oynayan insanları yada salın.


BUĞA - Yaxşı olar ki, günün əsas hissəsini ailə-sevgi məsələlərinə həsr edəsiniz. Başqalarını özünüzdən incik salmayın. Mənasız məsələlərə görə, risk etməyə lüzum yoxdur.

ƏKİZLƏR - Sürprizlərlə dolu bir gün yaşayacaqsınız. Çox güman ki, bir neçə sevindirici hadisənin şahidinə çevriləcəksiniz. Nahar ərəfəsində isə müqəddəs ziyarətgahlarımızdan birinə baş çəkin.

XƏRÇƏNG - Hiss olunur ki, maddi durumunuz ürəkaçan deyil. Bu səbəbdən də ümumi ovqatınız aşağı səviyyədədir. Lakin ulduzlar axşama doğru kisənizdə dəyişiklik olacağına eyham edir.

ŞİR - Ətafınızda baş verən hadisələrin ürəyinizcə getməməsi ümumi ovqatınızı aşağı salmaqdadır. Lakin ruhdan düşməyə heç bir əsas yoxdur. Sadəcə, bir qədər səbr edib, yeni perspektivə hazırlaşmaq lazımdır.

QIZ – Qarşınızda olduqca məhsuldar bir gün durur. Qərarlarınızda qəti olun. Aldığınız təkliflər müsbət nəticələr verəcək. Axşam uzaq olmayan ünvanlara qonaq gedə bilərsiniz.

TƏRƏZİ - Təxminən saat 15-ə qədər mübahisəli situasiyalara cəlb olunma ehtimalınız var. Özünüzü ələ almağı bacarsanız, sonrakı saatlarda şəxsi işlərinizdə müsbət dönüş baş qaldıracaq. Qohumlara sayqı göstərin.

ƏQRƏB – Digərləri ilə müqayisədə bu gün daha çox sizin bürcünüz başıdinc yaşayacaq. Əsas enerjinizi məhəbbətə həsr edin ki, bu proses uzun sürsün. Sövdələşmələrdə təşəbbüskarlığı əldən verməyin.

OXATAN - Bir qədər gərgin ərəfədir. Lazımsız məqamlarda, günahsız adamlarla mübahisələrə girişməyin. Əks təqdirdə özünüzə qarşı rəğbəti itirə, həmçinin sevgidə təklənə bilərsiniz. Səfərə çıxmaq yaxşıdır.

OĞLAQ - Göy qübbəsi maddi durumunuzun yaxşılaşacağını bəyan edir. Belə ki, nahar ərəfəsində varlanma ehtimalınız var. Lakin boş məsrəflərə xərc çəkməkdən yayınmalı, "yamangünlük" saxlamalısınız.

SUTÖKƏN - Həddindən ziyadə yorğun və gərgin gündür. Qarşınızda duran vəzifələrin öhdəsindən gələcəyinizə inamsızsınız. Amma bədbinləşməyə dəyməz. Çünki gözəl günlər yaxınlaşmaqdadır.

BALIQLAR - İyul ayının ən düşərli günlərindən birini yaşayacaqsınız. Hər mənada uğurlu məqamlarla üzləşəcəksiniz. Yeni təkliflər, xoş xəbərlər, maddi irəliləyiş – bir sözlə, ətrafda hər şey gözəl olacaq.


Müəllif:

Oxşar xəbərlər