21 İyul 2015 14:10
700
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kənd təsərrüfatı naziri Heydər Əsədov Qusarda vətəndaşları qəbul edəcək.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazir Heydər Əsədov iyulun 24-da saat 11:00-da Qusar rayonunda Qusar, Quba, Xaçmaz, Şabran və Siyəzən rayonlarının sakinləri ilə görüşəcək.

Görüşdə iştirak etmək istəyən vətəndaşlar Quba Ərazi Kənd Təsərrüfatı İdarəsinə (Əlaqə telefonu: (050-636-09-09) və Kənd Təsərrüfatı Nazirliyinə (Əlaqə telefonu: 012-493-51-64, 050-352-06-27) müraciət edə bilərlər.

Qəbula yazılmaq istəyən vətəndaşlar həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Çağrı mərkəzi (1652) və elektron poçtu ([email protected]) vasitəsilə də qeydiyyatdan keçə bilərlər.


Müəllif:

Oxşar xəbərlər