Ötən ilin 1 avqustunda Ağdam və Tərtər ərazisində cəbhənin təmas xəttində Ermənistan silahlı qüvvələrinin təxribatçı qruplarının hücumlarını dəf edərkən Milli Ordumuzun 14 əsgəri şəhid olmuş, 5 hərbçimiz isə ağır yaralanmışdılar.
Yaralı əsgərlərimizin tədavüsu Türkiyənin məşhur Gülhanə Hərbi Tibb Akademiyasında davam etdirilmişdir. Həmin vaxt qardaş ölkədə AMİP Lideri Etibar Məmmədov yaralılara baş çəkmiş, onların sağlıq durumları və müalicələri ilə yaxından maraqlanmışdı.
Dünən həmin əsgərlərimizdən biri, Əsgərov Elvin Mayıl oğlunun Sabirabad rayonunda toy mərasimi olub. Bu toy mərasiminə qatılan AMİP Lideri Etibar Məmmədov yeni ailə həyatı quran cütlüyü təbrik edərək, onlara öz arzu və istəkyini çatdırıb.
AMİP Lideri bildirib ki, Azərbaycan gəncliyi Elvin Əsgərov kimi igid və qəhrəman oğullarımızla fəxr etməli, onun Vətən və Millət qarşısında göstərdiyi şücaətdən nümunə götürməlidirlər”.
Etibar bəy həmçinin qeyd edib: "Dövlət canından, qanından və sağlamlığından keçən hərbçilərə daim diqqət və qayğısını əsirgəməməlidir. Belə yanaşma gənclərin hərbi vətənpərvərlik ruhunu daha da yüksəldir”.
Xatırladaq ki, yaralı əsgər Əsgərov Elvin Mayıl oğlunun müalicəsini Türk İş Birliyi və Koordinasiya Agentliyi (TİKA) üzərinə götürmüşdü.