22 İyul 2015 18:54
706
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Misir Ərəb Respublikasının milli bayramı – İnqilab günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi yetirirəm.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Misir xalqına sülh və rifah diləyirəm".


Müəllif: