Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti illərində Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini daşıyan Elxan Nuriyev Ukrayna Elm və təhsil nazirinin müşaviri, rektorların attestasiya komissiyasının sədri vəzifəsinə təyin olunub.
Azərbaycan milli-azadlıq hərəkatının fəallarından olan Elxan Nuriyev ali təhsilini Lvovda alıb. Ötən əsrin 80-cı illərinin sonlarında milli-azadlıq hərəkatına qoşulmaq üçün Azərbaycana qayıdıb. I Qarabağ savaşında Qarabağda, Qubadlı bölgəsində ermənilərə qarşı vuruşan könüllülər batalyonunun tərkibində döyüşüb. 1992-ci ildə prezident Əbülfəz Elçibəyin fərmanı ilə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Gəncə qiyamından bir müddət sonra yenidən Ukraynaya qayıdıb.
Prezident Petro Poroşenkonun imzaladığı sərəncamla iyulun 21-dən Ukrayna elm və təhsil nazirinin müşaviridir.