26 İyul 2015 00:19
733
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəkidə 25 yaşlı gənci ilan sancıb.


Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, iyulun 25-i axşam saat 21:10 radələrində rayonun Turan qəsəbə sakini, 1990-cı il təvəllüdlü Vüqar Şövqü oğlu Əliyev ilan sancması ilə xəstəxanaya daxil olub.


Həkim müayinəsi zamanı məlum olub ki, 25 yaşlı Vüqar Əliyev qəsəbənin inzibati ərazisində moruq yığarkən ilan qəfildən onun sol ayağının topuq nahiyəsindən sancıb. Vüqar Əliyevə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olduğu üçün müalicəsini davam etdirmək üçün Respublika Toksikologiya Mərkəzinə göndərilib.


Müəllif:

Oxşar xəbərlər