29 İyul 2015 12:41
901
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naxçıvandan gətirilən üzüm və yeni ərik sortları Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) bağçılıq kafedrasının meyvə bağına təcrübədə keçirilir.

ADAU-nun mətbuat xidmətindən Teleqraf.com-a verilən xəbərə görə, universitetin bağçılıq kafedrasına Naxçıvan MR-dan 25 adda yerli üzüm və yeni ərik sortları gətirilib. ADAU-nun bağçılıq kafedrasının müdiri Hüseyn İdrisov bildirib ki, sınaq uğurlu keçərsə payızda bu çiliklərdən bağ salınması nəzərdə tutulur.

Meyvə bağında həmçinin Quba rayonuna məxsus alma sortları da təcrübədən keçirilir. Sınaqdan keçirilən sortlar isə ölkənin müxtəlif rayonlarına fermer təsərrüfatlarına tövsiyə olunur. Məqsəd Azərbaycanda itib-batmaqda olan yerli sortların yığılması və kolleksiyanın yaradılmasıdır.

SEVİL


Müəllif: