3 Avqust 2015 20:12
749
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin maliyyə vəsaiti hesabına bölgələrdə maarifləndirmə tədbirləri keçirilib.

Komitənin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, belə tədbirlərdən biri Şabran rayonu Dağbilici kənd dini icmasının həyata keçirdiyi “Dini radikalizmlə mübarizədə dindarların rolu” adlı layihə çərçivəsində keçirilib.

Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbə müdiri Eynulla Nurullayev, Şabran rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Ramin Ağayev, dindarlar, kənd sakinləri və xüsusilə də gənclər iştirak ediblər.

Dağbilici kənd məscidi dini icmasının sədri, layihə rəhbəri Şöhrət Nuriyev “Dini radikalizmlə mübarizədə dindarların rolu” adlı layihənin məqsəd və vəzifələri haqqında məlumat verərək bildirib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı əsasında maliyyələşən layihə çərçivəsində milli – mənəvi dəyərlərin gənclər arasında təbliği, radikalizmin qarşısını almaq məqsədilə dini maarifləndirmə işlərinin gücləndirilməsi istiqamətində bir sıra işlərin görülməsi nəzərdə tutulur.

DQİDK-nın Quba bölgəsi üzrə şöbə müdiri E. Nurullayev çıxış edərək dövlətin dinə dəstəyindən, dini sahəyə göstərilən diqqət və qayğıdan, həmçinin dini icmalara ayrılan vəsait hesabına həyata keçiriləcək layihələrin məqsədindən bəhs edib.

Layihə çərçivəsində mütəxəssislər “Ümummilli Lider Heydər Əliyev və milli – mənəvi dəyərlərimiz” və layihəyə uyğun mövzularla bağlı çıxışlar ediblər.

Qeyd edək ki, Şabran rayonu Zeyvə kənd dini icması, Lənkəranın Nərimanabad qəsəbəsi "İmam Hüseyn" məscidi dini icması, Separadi kənd məscidi dini icması, Astara rayonu Şüvi kəndi "Cümə" məscidi dini icması, Şahağac kənd məscidi dini icması, Pensər kəndi "Hacı Teymur" Cümə məscidi dini icması, Sığaloni kənd məscidi dini icması, Lerik rayonu Monidigah kənd məscidi dini icması, Şirvan bölgəsi üzrə şöbəsi və Neftçala şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Neftçala şəhərində maarifləndirmə tədbirləri keçirilib.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər