“İdeal Gələcək” İctimai Birliyi əlilliyi olan uşaqlar üçün “İnkluziv təhsil və uşaq inkişaf mərkəzləri” yaradılması layihəsini uğurla yekunlaşdırıb.
Birlikdən Teleqraf.com-a verilən məlumata görə, Prezident yanında QHT-lərə Dövlət Dəstək Şurasının maliyyə dəstəyi ilə 3 ay davam edən layihənin əsas məqsədi regionlarda əlil gənclərin təhsil hüquqlarnın təbliği istiqamətində onların savadlılıq dərəcələrini artırmaq üçün inkluziv təhsil və uşaq inkişaf mərkəzlərinin yaradılmasıdır. Həmçinin layihə çərçivəsində “Əlillərin tibbi reabilitasiya və sosial müdafiəsi” haqqında qanunlar ilə bağlı maarifləndirmə və məlumatlandırma xarakterli tədbirlərinin aparılıb.
Quba və Ağcabədi rayonunda ümumilikdə 113 nəfər əlilliyi olan uşaq və yeniyetmə birliyin inkluziv təhsil xidmətlərindən faydalanıb. Qeyd edək ki, layihə məktəbəqədər təhsilin ilkin forması olmaqla uşaqların intelektual, fiziki və psixoloji inkişafında, onların şəxsiyyət kimi formalaşmasında və məktəbə hazırlanmasında xüsusi rol oynayıb.
BƏXTİYAR