Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun avqust 28-də Göygöl rayonunda keçirəcəyi vətəndaş qəbulu avqustun 14-i tarixinə keçirilib.
Komitədən verilən məlumata görə, Qəbulda Göygöl, Gəncə, Samux, Daşkəsən, Şəmkir və Kəlbəcər rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq.
Vətəndaş qəbulu saat 11:00-da Göygöl şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.
Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaqdır. Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin [email protected] elektron ünvanına yaza və aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:
Komitənin Aparatı: (012) 490 24 08 (daxili 105, 102 və 349)
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı ərazi idarəsi:
(02220) 5-23-75, (022) 265-08-69
İLHAMƏ