ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Ehtiyacların Dəyərləndirilməsi Missiyasının nümayəndələri avqustun 12-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüblər.
Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, M. Pənahov rəhbərlik etdiyi qurumun beynəlxalq təşkilatlarla əlaqələrinə hər zaman önəm verdiyini, seçki sisteminin hazırkı inkişaf səviyyəsinə çatmasında və əldə olunan nailiyyətlərdə bu münasibətlərin əhəmiyyətli rol oynadığını, gələcəkdə də seçkilər sahəsində qarşılıqlı faydalı əməkdaşlığı davam etdirmək niyyətində olduğunu bildirib.
ATƏT/DTİHB-nin MSK ilə səmərəli əməkdaşlığının uzunmüddətli tarixi olduğunu vurğulayan missiya nümayəndələri Milli Məclisə seçkilərlə bağlı görüləcək işlərlə maraqlanıblar. Sualları cavablandıran MSK sədri seçkilərə hazırlıq istiqamətində görülmüş işlər, vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin edilməsi üçün atılacaq addımlar və nəzərdə tutulan layihələri diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında da fikir mübadiləsi aparılıb