Qanazlığı (anemiya) son vaxtlar ən çox rast gəlinən problemlərdəndir. Ürək döyüntüsünün artması, halsızlıq, özünü daim yuxulu hissetmə, başın hərlənməsi kimi əlamətlərlə özünü göstərən bu problemlə bəzi qidaların köməyi ilə mübarizə aparmaq olar.
Publika.az qan artıran qidaları təqdim edir:
Qan artıran ən faydalı qidalardan biri çuğundurdur. Çuğunduru həm çiy, həm də bişmiş halda yemək olar. Qan artırmaq üçün isə salatını hazırlayıb yemək, şirəsini çəkib içmək ən yaxşı vasitədir.
Soya südü, itburnu çayı, qara üzüm, tut doşabı, kətan toxumu, arı balı, çiçək balı, balıq da qan artırır.
Bunlarla yanaşı, dəmirlə zəngin qidaları da menyunuza daxil etməlisiniz. Portağal, yumurta, alma, toyuq, qayısı, kişmiş, göyərtilər, qırmızı ət, qaraciyər qanazlığının qarşısını alacaq.
Bir sara vitaminlərin orqanizmdə çatışmazlığı qanazlığının səbəbi ola bilər. Məsələn, B9 vitamini çatışmazlığından qaynaqlanan anemiya ilə mübarizə aparmaq üçün qoz, fındıq, paxlalı bitkilər, yumurta sarısı yeyin.
B12 ehtiva edən qabıqlı dəniz məhsulları, qızıl balıq, pendir, süd, yumurta, ət və qaraciyər həmin vitaminin orqanizmdə azalması nəticəsində meydana gələn qanazlığının çarəsi ola bilər.
Bu adını çəkdiyimiz qidalardan mütəmadi olaraq istifadə etsəniz, qan azlığının səbəb olduğu narahatçılıqlar aradan qalxacaq.