31 Avqust 2015 19:37
621
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisə seçkilərlə əlaqədar 5 milyon 250 min ədəd bildiriş hazırlanacaq

Bu gün Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Əvvəlcə komissiyanın avqustun 19-da keçirilmiş iclasının protokolu təsdiq edilib.

Sonra noyabrın 1-nə təyin edilmiş Milli Məclisə seçkilərdə səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişin mətni, forması, sayı və hazırlanma qaydası ilə bağlı məsələyə baxılıb. Qeyd edək ki, bildirişdə seçicinin adı, özünün və səs verəcəyi seçki məntəqəsinin ünvanı, səsvermənin yeri və vaxtı, səsvermə prosesində istifadə edilən şəxsiyyəti təsdiq edən sənədlərin siyahısı, həmçinin səsvermə qaydaları ətraflı şəkildə əks olunur. Komissiya üzvlərinin müzakirəsindən sonra səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair 5 milyon 250 min bildirişin mətbəə üsulu ilə hazırlanması qərara alınıb.

İclasda Milli Məclisə seçkilərdə Yeni Azərbaycan Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası və Bütov Azərbaycan Xalq Cəbhəsi Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsi də müzakirə edilib və sözügedən partiyalar tərəfindən təqdim olunmuş şəxslər səlahiyyətli nümayəndələr kimi qeydə alınıb.

Komissiyanın iclasında vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması məqsədilə “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimata dəyişiklik edilib.

MSK-nın qərarı ilə bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib. Beynəlxalq və xarici qurumların təmsilçilərinin, həmçinin KİV nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər