11 Sentyabr 2015 08:35
642
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyalı alimlər azərbaycanlı həmkarları ilə Gədəbəy və Daşkəsən rayonlarında yeraltı suların və qazların izotop-geokimyəvi tərkibini öyrənir.

Bu məqsədlə İtaliya Milli Tədqiqat Şurasının (İMTŞ) Florensiya Universitetindən professor Franko Tassi, dosent Federiko Sani və Geologiya Elmləri və Yer Ehtiyatları İnstitutunun elmi işçisi Maria Laura Balestrieri Azərbaycana gəliblər.

Geologiya və Geofizika İnstitutundan Teleqraf.coma- a verilən xəbərə görə, onlar Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunun (GGİ) Çökmə hövzələrinin fluid dinamikası şöbəsinin rəhbəri Əkpər Feyzullayev və Geoloji mühitin radiometriyası şöbəsinin rəhbəri Çingiz Əliyev ilə birgə çöl tədqiqatları aparacaqlar.

Bir həftə davam edəcək işlər çərçivəsində təbii mineral və termal suların, həmçinin qazların (radon, helium, arqon, karbohidrogen və karbon qazları) çıxdığı ərazilərdə geoloji araşdırmalar və analitik ölçmələr həyata keçiriləcək, nümunələr götürüləcək. Sonra nümunələr İtaliyada izotop-geokimyəvi analiz olunacaq.

Tədqiqatlarda məqsəd termal suların və qazların geokimyəvi xassələrinin və izotop tərkibinin öyrənilməsi nəticəsində onların mənşəini müəyyən etməkdir.

SEVİL


Müəllif:

Oxşar xəbərlər